"Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 84 791 avtomobil idxal edilib". Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 114 ədəd maşın və ya 0,1% çoxdur. Bu ilin 10 ayında ölkəyə gətirilən maşınların 690 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri, 76 956 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 6 408 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 737 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB