Dövlət Statistika Komitəsində hesablanmayan qiymət indeksləri açıqlandı
Bu gün Dövlət Statistika Komitəsinin Qiymət İndeksləri Statistikası (DSKQİS) şöbəsi "Qiymət indeksləri sistemi: nəzəriyyə və təcrübə" mövzusunda seminar keçirib. SİA-nın xəbərinə görə, seminarda çıxış edən Qiymət İndeksləri Statistikası şöbəsinin müdir müavini Rəşid Vəliyev indeks anlayışı və növləri, bazis və zəncirvari metodlarla fərdi indekslərin hesablanması, məcmu qiymət indekslərinin hesablanması barədə məlumat verib. O bildirib ki, hazırda tərəfindən istehlak qiymətləri indeksinin, sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksinin, nəqliyyat, poçt və rabitə tarifləri indeksinin, tikinti işləri üzrə qiymət indekslərinin, mənzil bazarında qiymət indekslərinin və idxal-ixrac olunan malların qiymət indekslərinin hesablanması həyata keçirilir: "Statistik göstəricilərin hesablanması Beynəlxalq Valyuta Fondu və qabaqcıl ölkələr tərəfindən qəbul edilmiş üsullarla aparılır. Gələcəkdə Dövlət Statistika Komitəsi tərəfindən topdansatış məhsullarının qiymət indekslərinin, pərakəndə satış qiymətləri indeksinin, turizm sahəsində qiymət indekslərinin, yerli və idxal olunan mallar üzrə ayrı-ayrılıqda istehlak qiymətləri indeksinin hesablanması nəzərdə tutulub".
Qeyd edək ki, seminarda Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Mərkəzi Bankın, İqtisadi İslahatlar İnstitutunun və digər dövlət strukturlarının, həmçinin Dünya Bankının Azərbaycan üzrə nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB