Nazir: "Xəzərdə çirklənmənin səviyyəsi dəfələrlə azalıb"

Nazir: "Xəzərdə çirklənmənin səviyyəsi dəfələrlə azalıb"

"Bu gün Xəzər dənizində hasilatın artmasına baxmayaraq, hövzədə çirklənmənin səviyyəsi 10 dəfələrlə azalıb". SİA xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, hazırda Xəzər dənizinin suyunun təmizlənməsində Sovet dövründən qalmış ənənəvi texnologiyalardan istifadə olunmur: "Xəzərdə yeganə çirklənmə mənbəyi su altında qalmış, yaxşı konservasiya olunmayan, Sovet dövründən qalmış quyulardan sızan axıntılardır. Bu, "Neft daşları" ətrafında baş verir. Hazırda daha modern texnologiyalardan istifadə olunduğundan hasilat artsa da, çirklənmə 10 dəfə azalıb".

Reytinqi olmayan bəzi kiçik təşkilatlar tərəfindən siyasi məqsədlərlə Sumqayıt şəhərini çirkli şəhərlər siyahısına salındığını deyən nazir qeyd edib ki, SSRİ dövründə Sumqayıt və ona yaxın Xəzər sahilləri bir mövzu idi, bu gün isə onlar başqa bir mövzudur.

Bütün xəbərlər Facebook səhifəmizdə