Qala-Şüvəlan-Pirallahı yolu gələn il istifadəyə veriləcək FOTO

Qala-Şüvəlan-Pirallahı yolu gələn il istifadəyə veriləcək FOTO

Qala-Şüvəlan-Pirallahı yolunun 2014-cü ildə istismara verilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yenidən qurulan Qala-Şüvəlan-Pirallahı yolunun uzunluğu 21,7 km, eni isə 28 m təşkil edəcək. Yolun 6,9 km-i 6 hərəkət zolaqlı, 14,8 km-i isə 4 zolaqdan ibarət olacaq.

Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsində isə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə