Hadı Rəcəbli: “Yeni ipoteka qanununda insanların istədiyi şərtlər olacaq” AÇIQLAMA

Hadı Rəcəbli: “Yeni ipoteka qanununda insanların istədiyi şərtlər olacaq” AÇIQLAMA

"İpoteka krediti bankların özlərinin maliyyə siyasətidir. Dünyada gedən proseslər onu göstərir ki, maliyyə qurumları öz vəsaitlərini qorumaq istəyirlər. Onları da başa düşmək lazımdır, pullarını göyə sovurası deyillər ki!"

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.

İpoteka kreditlərinin verilməsində yeni qaydaların əks olunduğu qanunun hazırlandığını deyən millət vəkili H.Rəcəbli onu da əlavə edib ki, əgər bu gün külli miqdarda ipoteka krediti verilsə, amma ödəmə qabiliyyəti olmasa, bu da düzgün deyil: "İpoteka kreditləri gələcəkdə daha da inkişaf edəcək. Ola bilər ki, sosial ipoteka kreditləri 25 il müddətinə verilsin, ilkin ödəniş minimuma endirilsin və faiz dərəcələri aşağı salınsın. Biz belə bir qanun hazırlayırıq. Bu variantların hamısı nəzərdən keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə