Nəqliyyat naziri sumqayıtlılarla görüşəcək

Nəqliyyat naziri sumqayıtlılarla görüşəcək

Nəqliyyat naziri Ziya Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə təşkil edilir.

Z.Məmmədovun Sumqayıtda vətəndaşlarla görüşü noyabrın 22-də saat 12:00-da şəhərin tarixi muzeyinin binasında (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, IV mikrorayon) keçiriləcək. Tədbirdə Sumqayıt, Abşeron və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 20-də, saat 09:00-dan 18:00-dək aşağıdakı ünvanlarda aparılacaq:

- Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi (Sumqayıt şəhəri, S.Vurğun küçəsi,3),

- Abşeron "4 saylı İxtisaslaşdırılmış Müəssisə" MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti,25),

- Xızı 3 saylı Yol İstismarı İdarəsi (Xızı rayonu, Yeni Yaşma stansiyası).

Bütün xəbərlər Facebook səhifəmizdə