Noyabrın 25-də ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin ticarət missiyasının Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Tədbir Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutacaq. AZPROMO-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, biznes-foruma kimya sənayesi, energetika, əczaçılıq, alternativ və bərpa olunan enerji sektorlarından 15-dən artıq ABŞ iş adamının qatılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB