Kiyevdə Borispol yolu üzərində fəaliyyət göstərən SOCAR-ın yanacaqdoldurma məntəqəsində YDM üçün qeyri-adi, sərnişinlər üçün faydalı ola biləcək servis fəaliyyət göstərməyə başlayıb. SİA-nın xəbərinə görə, belə ki, YDM-də quraşdırılan onlayn-tabloda "Borispol" beynəlxalq hava limanındakı aviareyslər haqqında məlumat yerləşdirilir. Tabloya məlumatlar mütəmadi olaraq "Borispol" hava limanının informasiya xidməti tərəfindən daxil olur. Bu "SOCAR" YDM müştərilərinə aviasreyslər haqqında (uçuş, eniş, uçuşların təxirəsalınması, qeydiyyat) dəqiq və ətraflı məlumat almağa imkan verir.
Qeyd edək ki, YDM-də fəaliyyət göstərən "Buta kafe"də Wi-Fi, printer, noutbuklardan pulsuz istifadə etmək mümkündür. Avtomobillə YDM-dən hava limanına 5 dəqiqə ərzində çatmaq olar. "SOCAR Energy Ukraine" şirkətinin baş direktoru Elçin Məmmədov bildirib ki, Ukraynada fəaliyyət göstərən "SOCAR" YDM-lərdə alıcılara keyfiyyətli yanacaq təklif olunmaqla yanaşı, komfortlu xidmət də göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB