Təbii qazla təmin olunan abonentlərin sayı 1,6 milyonu keçib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2013-cü il noyabr 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 603 258-ə çatıb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onların 1 584 076-sı əhali, 19 182-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 688 675-i Bakı şəhəri (678 783 əhali, 9 892 qeyri-əhali), 914 583-ü isə regionların (905 293 əhali, 9 290 qeyri-əhali) payına düşür.
Cari ilin noyabrın 1-ə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 803 min ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.
Qeyd edək ki, bu ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min həddində idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB