"Qurumumuza daxil olan çoxsaylı şikayətlər əsasında demək olar ki, qızıl bazarının 30 %-i saxta qızıllardan ibarətdir". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.
Onun sözlərinə görə, son vaxtlar ölkənin qızıl bazarında dövriyyədə saxta qızıl zinət əşyalarının həcmi artıb: "Qurumumuza daxil olan şikayətlərin əksəriyyəti Mərkəzi Univermaqda, yəni "ÇUM"-da satılan qızıl məmulatları ilə bağlı idi. Burada satılan qızılın saxta olub-olmaması vətəndaşlar tərəfindən anlaşılmır. Belə ki, bu qızılların həqiqiliyini yalnız mütəxəssislər xüsusi turşu sürtməklə anlaya bilərlər. Bundan əlavə, əsl qızılın üzərində əyyar palatasının romba bənzər damlası olur və onların qeydiyyatı aparılır. Bununla da qızılın saxta və ya əsl olması anlaşılır. Saxta qızıl məmulatları əsasən İrandan, Dubaydan və Hindistandan gətirilir. Vətəndaşların aldanmaması üçün məsləhət görərdim ki, qızıl əşyası alarkən onun çəkisinə diqqət yetirsinlər və sertifikat tələb etsinlər. İstehlakçılar satıcıdan malın bütün sənədlərini, mənşə sertifikatını, qiymət sənədlərini tələb edə bilərlər. Əgər alınan mal istehlakçının tələbini ödəməzsə 14 gün müddətində onu dəyişə və geri qaytara bilər. İstehlakçılar haqqında qanunun 15.1 və 15.2 maddəsinə görə bu hal istehlakçının hüququdur".
Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB