İlham Şaban: Mavi yanacağın İrandan Naxçıvana verilməsi daha münasibdir

İlham Şaban: Mavi yanacağın İrandan Naxçıvana verilməsi daha münasibdir

"Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın Naxçıvanın təbii qaz təminatının qardaş ölkədən həyata keçirə biləcəyi ilə bağlı fikirləri olduqca maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban söyləyib.

Onun sözlərinə görə, bu iki dövlət arasında həyata keçirilən layihələr böyük əhəmiyyətə malikdir: "Belə layihələrdən Bakı-Tbilisi-Qars dəmiryolu və TANAP layihələrini xüsusilə, qeyd etmək olar. Naxçıvana təbii qazın verilməsi məsələsi əhatəli müzakirə tələb edir. Belə ki, bunun üçün geniş infrastruktur və əlverişli vəziyyət olmalıdır. İran tərəfindən Naxçıvana qazın verilməsi daha münasibdir. Çünki, İranla Naxçıvan arasındakı məsafə təxminən 400-500 kilometrdir. Lakin Ərzurumla Naxçıvan arasındakı məsafə bunun iki qatıdır. Məsafə çox olduğundan nəql etmə xərcləri də yüksəkdir. Bu, kompensasiya baxımdan da əlverişli deyil".

Qeyd edək ki, İran vasitəsilə Naxçıvana mavi yanacağın verilməsi 2006-cı ildən başlayıb və bu illər ərzində Azərbaycan təbii qazın ötürülməsində heç bir problemlə qarşılaşmayıb.

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə