Osman Gündüz: “Ölkə üzrə internet istifadəçilərinin sayı 70%dir”
"Azərbaycan internet istifadəçilərinin sayına görə MDB- məkanında liderdir". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.
Onun sözlərinə görə, internet istifadəçilərinin sayının Azərbaycanda çox olması iqtisadi inkişafla yanaşı, həmdə internet infrastrukturun genişlənməsi ilə bağlıdır: "Əvvəllər insanlar telefon xətti vasitəsilə internetdən istifadə etsələr də, son dövrdə internete giriş metodları daha da çoxalıb. Bu internet istifadəçilərinin sayının artmasında xeyli rol oynayıb. Belə ki, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı təxminən 65%-70% yaxınlaşıb. Ölkəmizdə geniş zolaqlı internet istifadəçilərinin sayı ilə bağlı görülən işlər daha çoxdur. Lakin bir sıra kəndlərdə geniş zolaqlı internet problemi hələ də qalır. Düşünürəm ki, bu problem yaxın zamanlarda həll olunacaq".
Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB