"Yaxın 5 il üçün Azərbaycan Türkiyə iqtisadiyyatına 17 milyard investisya qoymağı nəzərdə tutur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dostluq əlaqələrini iqtisadi müstəvidə Türkiyə ilə qurur və ölkəmiz bütün məsələlərdə birmənalı şəkildə Türkiyəni dəstəkləyir: "Eyni zamanda, regionla bağlı reallaşan enerji layihələrində Azərbaycan, məhz Türkiyəni ön plana çəkir və onun rolunu artırır.
Türkiyənin həmin layihələrdən bəhrələnməsi dövlət üçün də iqtisadi cəhətdən olduqca maraqlıdır. Bu baxımdan, təbii ki, Azərbaycan Türkiyəyə investisyalarını yönəldir. Birmənalı şəkildə Azərbaycan təkcə Türkiyə ilə yox, digər dövlətlərlə də sıx əməkdaşlıq edir və inkişaf etmiş ölkələrə investisyalarını yönəldir. Türkiyə iqtisadiyyatı üçün bu investisyalar böyük töhfədir".
İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan investisyalarını Türkiyə ilə yanaşı Gürcüstana da yönəldir: "Bu da onu deməyə əsas verir ki, regionda Azərbaycan, Türkiyə və Gürcüstan strateji müttəfiqlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB