MM-in saxlanması üçün 19 milyondan çox pul ayrılıb

MM-in saxlanması üçün 19 milyondan çox pul ayrılıb

2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün isə 103 manat məbləğində müəyyən edilib. SİA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov parlamentin bugünkü iclasında gələn ilin dövlət büdcə zərfininin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində nəzərdə tutulub.

O, həmçinin Milli Məclisin 2014-cü il üçün xərclər smetası ilə bağlı bildirib ki, parlament və onun aparatının saxlanması üçün 19 milyon 102 min 998 manat vəsait nəzərdə tutulub: "Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası 3 milyon 634 min manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin proqnozundan ümumilikdə 2,3 faiz çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə