Rumıniyada SOCAR brendi ilə daha dörd YDM istifadəyə verilib
Cari ilin noyabrında Rumıniyanın qərb regionu, Macarıstan dövləti ilə sərhəddə yerləşən Oradea şəhərində iki yanacaq doldurma məntəqəsi (YDM), Piatra Neamt şəhərində bir YDM və Buxarest şəhərindən 150 km məsafədə, Ukrayna respublikasına gedən Avropa yolu üzərində, Buzau şəhərində bir YDM olmaqla 4 YDM yenidən tikilərək istifadəyə verilib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla da Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20 olub.
YDM-lərdə müştərilərə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, mavi qaz təklif olunur. Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM-lərin ərazisində "Nar" kafe fəaliyyət göstərir. Rumıniyada ilk dəfə olaraq SOCAR YDM-də əhaliyə təzə dönər təqdim edilir. Müştərilər həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB