"Kənd təsərrüfatı məhsullarının gömrük idxal rüsumları artırılmalıdır"
"Azərbaycana gətirilən kənd təsərrüfatı məhsullarının gömrük idxal rüsumları artırılmalıdır. Azərbaycan aqrar ölkədir və daxili bazarı analoji idxaldan qorumalıdır". SİA-nın məlumatına görə, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Quliyev çıxış edib.
Onun sözlərinə görə, ölkəmizdə kənd təsərrüfatı məhsullarının əkini və sonradan digər ölkələrə ixracı üçün olduqca münbit şərait və mühit var: "Lakin biz kartofu və digər kənd təsərrüfatlı məhsullarını ölkəmizə xaricdən gətiririk. Bu da bu sahədə çalışan insanların bu sektora marağını azaldır".
Millət vəkili qeyd edib ki, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalı azalsa, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artar.
M.Quliyevin fikrincə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün kəndliyə verilən subsidiyaların artırılması da vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB