"Bank kredit faizlərinin azaldılması ilə bağlı iclası keçirilməlidir"
"Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru təhlil olunmalı və dövlət büdcəsinə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin yolları araşdırmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə gələn ilin büdcə zərfi ilə bağlı bu gün aparılan müzakirələr zamanı millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, ölkənin bank sektorunda kredit faizlərinin azaldılması üçün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə ayrıca iclas keçirilməlidir: "Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük - 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var?!"
V.Əhmədov bildirib ki, bu gün kəndlilərin yetişdirdiyi meyvə-tərəvəzin müəssisələrə verməsi ilə bağlı ciddi problemlər mövcuddur: "Qubada üç konserv zavodu var. Amma bu zavodlardan ikisi işləmir. Vaxtı ilə zavodlar alınıb, amma indi işləmir. Bu məsələ ilə bağlı hökumətə hesabat verilməlidir ki, niyə bu zavodlar işləmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB