"Kölgə iqtisadiyyatını vergiyə cəlb etməklə büdcəyə əlavə gəlir cəlb etmək olar"
"Azərbaycanda kölgə iqtisadiyyatını vergilərə cəlb etməklə dövlət büdcəsinə əlavə olaraq 100 mln. manat cəlb etmək mümkündür. Maliyyə Nazirliyinin əsasnaməsi yenidən işlənilməli və qurumun səlahiyyətləri artırılmalıdır. Bundan sonra Nazirlik daha çox vəsait cəlb edərək büdcəyə köçürə biləcək. Həmçinin, regionları daha da inkişaf etdirərək büdcəyə əlavə vəsaitlər cəlb etmək mümkündür". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Əli Mənsimli bildirib.
Ə. Mənsimli qeyd edib ki, Azərbaycanda əmək haqları artırılmalıdır: "Əsas diqqət təhsil sisteminə yönəlməlir. Azərbaycanda müəllimlərin maaşı 150 manata, məktəb direktorlarının maaşları isə 300 manata çatmır".
İclasda çıxış edən millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycanda çoxlu sayda yeni binalar tikilir, geniş tikinti işləri aparır: "Amma nədənsə, bu, özünü yerli vergi büdcəsində göstərmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB