Bu gün Bak ı şəhərində içməli suya məhdudiyyət qoyulacaq. "Azərsu" açıq səhmdar cəmiyyərindən SİA-ya verilən məlumata görə, bu gün Bakı şəhərinin Nərimanov rayonunun bir hissəsinə su verilməyəcək. Belə ki, Bakı şəhəri Məmməd Araz küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar noyabrın 12-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qeyd edək ki, yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB