“Elektron hökumət” portalında 417 xidmət təsdiq olunub

“Elektron hökumət” portalında 417 xidmət təsdiq olunub

"Azərbaycanda dövlət qurumlarının "elektron hökumət" portalına inteqrasiyası sürətləndiriləcək". SİA-nın məlumatına görə, junalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bununla bağlı xüsusi dövlət proqramı hazırlandığını deyib.

Onun sözlərinə görə, hazırda mərkəzi icra orqanlarının portala qoşulması prosesi gedir: "Növbəti mərhələdə yerli icra orqanlarının və bələdiyyələrin portala qoşulması təmin ediləcək. "Elektron hökumət" portalında bu günədək 417 xidmət təsdiq olunub. Portalda elektron xidmətlərin ümumi sayı 270 ədəd təşkil edir. İndiyədək e-portala 40-a yaxın mərkəzi icra orqanı qoşulub".

Bütün xəbərlər Facebook səhifəmizdə