ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin 10 ayı ərzində ölkə üzrə 7672 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 1190,3 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.
Ümumilikdə İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 23829,7 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 22347,6 kilometri regionların, 1299,4 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşür. Həmin müddətdə 7144,2 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Təmir edilən qaz kəmərlərinin 2984,9 kilometri regionların, 4017,7 kilometri Bakı şəhərinin, 141,6 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB