Mehdi Mehdiyev: “Şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar”
Hər zaman dövlətin diqqət mərkəzində olan təbəqələrdən biri də məhz Qarabağ əlilləri, şəhid ailələridir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən Müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, pulsuz müalicə və müayinə olunurlar. SİA-ya açıqlama verən Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, Qarabağ əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan insanlar daima dövlətin diqqət və qayğısı ilə əhatə olunublar: "Torpaqlarımızın 20%-i işğal altındadır. Əgər sülh danışıqları nəticə verməsə, atəşkəs hər an pozula bilər. İnsanlarımız vətənpərvər ruhda yetişməli və şəhid ailələrinə diqqət ayrılmalıdır. Dövlətimiz də bunu nəzərə alaraq, şəhid ailələrinin mənzil və məişət problemlərinin həllini öz üzərinə götürüb. Dövlət dəstəyi ilə bir sıra binalar inşa olunur. İnsanlar da həmin mənzillərlə təmin olunurlar".
M.Mehdiyev onuda bildirib ki, əlil insanların özlərinin işləyib- vəsait toplayaraq belə evlər alması qeyri-mümkündür. Bunu nəzərə alan dövlətimiz bu sahədə böyük işlər görür. Dövlət təmənnasız olaraq bu xidməti öz üzərinə götürərək, şəhid ailələrini mənzillə təmin edir. Hazırda Bakı şəhəri Nizami rayonunda, Goranboy və Bərdə rayonlarında şəhid ailələri üçün binalar tikilir".
Komitə sədrinin sözlərinə görə əlillərin müalicə və müayinəsi ilə bağlı olan problemlər hələlik, tam həllini tapmayıb. Bununla bağlı Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin birgə komissiyası yaradılıb. Səhiyyə sahəsində şəhid ailələri və müharibə əlilləri üçün güzəştlər edilir. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da özünü göstərir. Belə ki, tibbi sığortanın olmaması problemlərə gətirib çıxarır. Müalicə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə xəstəlik dioqnozu qoyulduqdan sonra, həmin insanın müalicəsinin ölkə daxilində mümkün olduğu müəyyən edilsə, müalicə mütləq şəkildə həyata keçirilir".
Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB