Tanrıverdi Mustafayev: " “Bakıelektrikşəbəkə” ASC abonentlərə güzəşt etməyəcək"
" "Bakıelektrikşəbəkə" ASC -nin fəaliyyəti dövründə debütor borcu yaranan abonentlərin elektrik enerjisi təchizatı sabah saat 15:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq". Bu barədə SİA-ya açıqlamasında Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, yuxarıda qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq: "Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur".
Tanrıverdi Mustafayev hazırda debütor borcu yaranan abonentlərin sayının və borcların miqdarının həcminin sabah məlum olacağını bildirib: "Çünki hələ də, abonentlər debütor borclarını ödəməkdə davam edirlər".
Qeyd edək ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin qurumun internet saytında (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB