2014-cü ildə pensiya xərcləri 6 faiz artacaq

2014-cü ildə pensiya xərcləri 6 faiz artacaq

"Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14% artırılması nəzərdə tutulub. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 mlrd. manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 mln. manat (6%) çoxdur". SİA-nın məlumatına görə, bunu 2014-cü ilin dövlət icmal büdcəsi layihəsinin bu gün parlamentin komitələri səviyyəsində müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 mln. , sahibkarlığın güzəştli kreditləşdirilməsinə 150 mln. , kənd təsərrüfatının inkişafı üçün isə "Aqrolizinq" ASC-yə 35 mln. manat ayrılması planlaşdırılır.

S.Şərifov vurğulayıb ki, Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 9 baş konsulluq və beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin maliyyələşdirilməsi, beynəlxalq tədbirlərdə iştirakı üçün 20 mln. manat nəzərdə tutulub: "Gələn ildən regionların maliyyələşməsi proqramına uyğun olaraq Sumqayıt, Şirvan, Mingəçevir, İmişli rayonlarına dövlət büdcəsindən cari xərclər üçün vəsait ayrılmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə