Sabah Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsindən keçən və uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xətti yenisi ilə əvəz olunub. Yeni xəttin şəbəkəyə qoşulması ilə əlaqədar 6 noyabr tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qeyd edək ki, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB