"2014-cü ilin büdcəsində Dövlət Neft Fondundan transferlər azalacaq" AÇIQLAMA

"2014-cü ilin büdcəsində Dövlət Neft Fondundan transferlər azalacaq" AÇIQLAMA

"2014-cü ilin dövlət büdcəsində qeyri-neft sektorundan əldə olunan gəlirlər 50% təşkil edəcək". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, cari ilin dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan transferlər 11 milyard manat təşkil edirdisə, 2014-cü ilin büdcə layihəsində bu məbləğ 9 milyard manat nəzərdə tutulub: "Lakin bu o demək deyil ki, dövlət büdcəsinin gəlirləri və ya xərcləri azaldılacaq. Əksinə, dövlət büdcəsinin builki xərcləri artaraq 20 milyard 63 milyon manat təşkil edəcək. Bu onu göstərir ki, Dövlət Neft Fondundan transferlər 2 milyard manat azalsa da, dövlət büdcəsinin xərclərində azalma müşahidə edilməyəcək. Çünki, 2014-cü ilin büdcə layihəsində qeyri-neft sektorunun xüsusi çəkisi daha da artacaq, qeyd olunan məbləğ qeyri-neft sektorunun hesabına ödəniləcək".

Dövlətin iqtisadi məsələlərdə strateji xəttinin qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu deyən ekspert bildirib ki, növbəti illərin büdcə layihələrinin gəlir göstəricisində də büdcənin neft sektorundan asılılığının azalması müşahidə olunacaq: "Cari ildə qeyri- neft sektorunun inkişaf etməsi dövlət büdcəsinin gəlirlərinin artmasında, ümumdaxili məhsulun xüsusi çəkisində özünü göstərir. Hazırda qeyri-neft sektorunda sənaye sahəsinin inkişafı prioritet sahədir. Bunun nəticəsidir ki, cari ilin 9 ayı ərzində ÜDM-da sənaye istehsalının həcmi 10,4 % artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə