Dövlət Neft Fondunun gələn il üçün gəlirləri 11 milyard 626 milyon manat olacaq

Dövlət Neft Fondunun gələn il üçün gəlirləri 11 milyard 626 milyon manat olacaq

"Növbəti ildə Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsi nəticəsində əldə olunan gəlirlər 380 milyon manat təşkil edəcək". SİA-nın məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, növbəti ildə fondun gəlirləri 11 milyard 626 milyon manat , xərcləri 11 milyard 391 milyon manat təşkil edəcək: "Xərclər əsasən mühüm infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Fond 2014-cü ildə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün 300 milyon manat, Bakı-Tiblisi-Qars dəmir tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün 33, 7 milyon manat, Samux- Abşeron kanalının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsinə 100 milyon manat, yeni neft-qaz emalı müəssisənin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəsində Azərbaycanın payına 223 milyon manat vəsait ayrılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə