"Trans-Anadolu (TANAP) qaz kəməri layihəsi üzərində bizim Ankaradakı ofisimizdə 250-ə yaxın şirkətin və SOCAR-ın mühəndislik işləri aparılır". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev belə deyib.
Onun sözlərinə görə, bu layihə Türkiyə ərazisini əhatə edəcək: "Boru xəttinin keçəcəyi 750 km ərazidə geoloqlarımız işləyirlər. BOTAŞ ilə birlikdə torpaqların seçilməsi prosesi gedir. Bir sözlə, TANAP layihəsi üzrə iş uğurla aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB