“İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa” keçirilib
Bu gün "Hilton-Baku" otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İqtisadi inkişafın humanitar aspektləri" mövzusunda "dəyirmi masa" keçirilir. "Dəyirmi masa"ya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru Robert Skidelski və Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Anatoli Raxanski (Ukrayna) rəhbərlik edirlər.
Bildirilib ki, artıq üçüncü dəfədir keçirilən Forum dünya miqyasında mühüm əhəmiyyət kəsb edir. Burada dünyanın tanınmış siyasi elitasının görkəmli nümayəndələri, Nobel mükafatı laureatları və tanınmış ictimai-siyasi xadimlər iştirak edirlər.
"Dəyirmi masa"nın birinci bölməsi "İqtisadi inkişafın dayanıqlığı problemi: humanitar aspektin prioritetliyi" mövzusuna həsr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB