Akif Əlizadə :"Günün sonunda bəyənnamə imzalana bilər" Dəyirmi Masa
"Birinci masanın əsas istiqamətlərini kvant, kompüter və yaşıl texnologiyalar təşkil edir. Burada iştirak edən alimlər və qonaqlar bu sahə ilə bağlı çox maraqlı məruzə və müzakiərələr aparacaq". SİA- nın məlumatına görə, bu barədə Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsri əsas çağırışları adlı dəyirmi masa ilə bağlı verdiyi açıqlamasında deyib.
O bildirib ki, burada gələcəyə baxmaq üçün kompüter texnologiyalarının təmilləşməsi zərurəti öndə durur ki, bu da gələcəkdə kvant fizikasının elmi istiqamət kimi inkişafından asılıdır.
Onun sözlərinə görə, fizika və biologiya, fizika və tib sahələrində aparılan tədqiqatlar hər zaman yeni elmi nəticəyə gətirib çıxarır: "Bu gün qonaqlar yeni nəticələrdən bəhs edəcəklər. Sonda bəyənnamə imzalamağa çalışacağıq. Hazırda xarici alimlər sənəd üzərində işləyirlər. Güman edirəm ki, günün sonunda bununla bağlı söhbət açılacaq".
Açıqlaması zamanı Forumun əhəmiyyətindən danışan AMEA prezidenti bildirib ki, ümumiyyətlə Forumun ideyası ondan ibarətdir ki, burada aparılan diskussiyaların nəticələri, elmi mübahisələr dünya ictimaiyyətinə çatdırılsın: "Azərbaycan bu gün humanitar siyasət istiqamətində də dinamik inkişafı ilə təmsil olunur. Bu da bizim Forumun əsas ideyalarından biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB