“Ölkədə daha çox üç ulduzlu otellər tikilməsində maraqlıyıq”

“Ölkədə daha çox üç ulduzlu otellər tikilməsində maraqlıyıq”

"Azərbaycanda, o cümlədən Bakıda üç ulduzlu otellərin tikintisi stimullaşdırılır. Biz maraqlıyıq ki, ölkəmizdə daha çox üç ulduzlu otellər tikilsin. Çünki onların qiymətləri daha münasibdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, dövlət bu sahəyə müəyyən güzəştlər tətbiq edir: "2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar üç ulduzlu otellərin sayının artırılması istiqamətində bir sıra planlar mövcuddur. Ehtiyac yaranarsa, otellərlə yanaşı Bakıda bir neçə müvəqqəti yerləşmə məkanlarından da istifadə olunacaq".

Ə. Qarayevin sözlərinə görə, Bakıdakı otellərdə yataq yerlərinin sayı 15 minə qədərdir: "Bunun altı minə yaxını 4-5 ulduzlu, qalan yerlər isə daha kiçik ulduzlu otellərin payına düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə