Neftin ucuzlaşması davam edib

Oktyabrın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,43 dollar və ya 1,4% azalaraq 1 barelə görə 96,77 dollar olub. SİA-nın məlumatına görə, oktyabrın 30-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,85 dollar və ya 0,8% artaraq 109,86 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə