Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində 31 oktyabr 2013-cü il tarixində Azərbaycanda Beynəlxalq əmanət günü (BƏG) və onun davamı olaraq, noyabr ərzində Maliyyə savadlılığı aylığı keçiriləcək. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, əhalinin maliyyə maarifləndirilməsi tədbirlərinin təşkilatçıları habelə Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) və bir sıra kommersiya bankları: "Access Bank", "AG Bank", "Bank of Baku", "Bank Respublika", "Dəmir Bank", "Pasha Bank", "UniBank", "RabitəBank" və "Yapıkredi" Bankdır.
Beynəlxalq əmanət günü və Maliyyə savadlılığı aylığının keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir. Bu ilki tədbirlərdə əsas hədəf qrupları məktəb şagirdləri və gənc ailələr olacaqlar.
Aylıq çərçivəsində bank işçiləri məktəblərə səfər edəcək, şagirdlərlə maarifləndirici söhbətlər aparacaq, uşaqlar arasında yarışlar, müsabiqələr keçirəcəklər. Şagirdlərə, habelə "Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası", bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar və çantalar paylanacaq.
Bank filiallarında keçiriləcək "Açıq qapı" və digər tədbirlərdə geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunacaq, bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar veriləcək, onların sualları cavablandırılacaq, müxtəlif kitabça və bukletlər hədiyyə olunacaq.
Bu ilki Beynəlxalq əmanət gününə həsr olunan video-çarx iştirakçı bankların ATM-lərində, televiziya kanallarında və bank filiallarının tablolarında nümayiş etdiriləcək.
Qeyd edək ki, 31 oktyabr-Beynəlxalq əmanət günü 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin iştirak etdiyi Beynəlxalq Konqresdə təsis olunan, ölkəmizdə ilk
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB