Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasın gündəliyi barədə ərtraflı məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, bu gün 4 məsələ müzakirə olunacaq.
İclasda ilk olaraq Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün nəzərdə tutulan büdcəsi açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini Elman Mehdiyev çalışdığı qurumun gələn ilki büdcəsi haqqında məruzə ilə çıxış edib. Onun sözlərinə görə, fondun gələn il üçün gəlirləri 2 milyard 928 milyon manat praqnozlaşdırılır ki, bu da 2013-cü ilin praqnoz göstəricilərinə nisbətən 295, 18 milyon manat çoxdur: "Gəlirlərin 60.18 %-i və ya 1 milyard 780,4 milyon manatı məcburi dövlət sosial sığorta haqqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da keçən ilə nisbətən 14, 19 % çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqqları praqnozu 660, 4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalar praqnozunun 60, 9 %-i qeyri-büdcə təşkilatlarının payına düşür. 2014-cü ildə dövlət büdcəsindən ayırmaların praqnozu 1 milyard 142 milyon manat nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 65 milyon manat çoxdur. Fondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat praqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 295, 8 milyon manat çoxdur. Əmək pensiyalarının ödəniş xərcləri əhalinin ödənişlərinin 97, 4 faizini təşkil edəcək".
Qeyd edək ki, iclas davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB