İqtisadçı ekspert: “Ölkə başçısının ötən gün imzaladığı Sərəncam böyük iqtisadi əhəmiyyətə malikdir” MÜNASİBƏT
"Ötən gün ölkə başçısının təbii qazın dünya bazarına çıxarılıması ilə bağlı imzaladığı Sərəncam Azərbaycan qazını Avropaya çıxaracaq 4 iri layihənin (Şahdəniz-2, SCP, TANAP və TAP) vaxtında həyata keçirilməsi üçün qarşıya çıxan hər hansı bir problemlərin vaxtında operativ həll etməyə əsaslanıb". Bu sözləri SİA-ya iqtisadçı ekspert İlham Şaban ötən gün ölkə başçısının təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında imzaladağı Sərəncama münasibət bildirərkən deyib. O bildirib ki, işin icrası Dövlət Komissiyasının üzərinə qoyulub, məhz bu səbədən də bu quruma enerji layihələri ilə bilavasitə əlaqəli hökumət nümayəndələri daxil edilib.
Qərarın ölkəmiz üçün əhəmiyyətinə gəlincə, İ. Şaban vurğulayıb ki, Sərəncam ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir: "Bu layihələrin ümumi məbləği 40 milyarddır. Təbii ki, onların reallaşmasında Azərbaycan şirkətləri birbaşa və dolayısı ilə iştirak edirlər. Azərbaycan həm layihələrin icrası zamanı, həm də layihələr başa çatandan sonra qazanc əldə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB