Qış mövsümündə Lənkəran rayonunda enerji problemi olmayacaq
Artıq payız fəsli başlanmışdır. Qış ayını isə çox gözləmək lazım gəlməyəcəkdir. Bəs bununla əlaqədar rayon təşkilatları bu məsul dövrə necə hazırlaşırlar? Bu məqsədlə Lənkəran Elektrik Şəbəkəsində görülən işlər barədə Lənkəran Elektrik Şəbəkəsinin rəis əvəzi S.N.Rəsulzadəyə müraciət etdik. Samir Rəsulzadə bu haqqda bunları demişdir: İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatından ötrü 2013–cü ilin 9 ayı ərzində Lənkəran Elekıtrik Şəbəkəsinin xidməti ərazisində bir sıra vacib təmir, bərpa və yenidənqurma işləri aparılmış, 2013-cü ilin payız–qış mövsümünə hazırlıqla əlaqədar Lənkəran rayonunu elektrik enerjisi ilə təmin edən 110/35/10 kv –luq Lənkəran I, 110/10 kv–luq Lənkəran II, 110/35/10 kv–luq Separadi yarımstansiyalarında və eləcə də 110 kv –luq Lənkəran I və Lənkəran II hava xətlərində əsaslı və cari təmir işləri görülmüşdür. Lənkəran şəhər ərazisini elektrik enerjisi ilə təmin edən 110/10 kv –luq Lənkəran II yarımstansiyasında 10 kv –luq 6 saylı, 10 kv–luq 3 saylı və 10 kv–luq bölmələr arası yağ açarları yeni müasir tipli vakuum açarı ilə əvəz edilmişdir. Lənkəran rayonun Parakənd və Hirkan kəndlərinin enerji etibarlılığının artırılması üçün 35/10 kv–luq Hirkan yarımstansiyası 1 ədəd yeni 10 kv –luq vakuum açarı quraşdırmaqla yeni 10 kv –luq fider istifadəyə verilmişdir.
110/35/10 kv–luq Lənkəran I, Separadi, 35/10 kv–luq Səpnəkəran, Xanbulan, Liman, Azfilal, Karyer, Sinovli yarımstansiyasında əsaslı təmir işləri aparılmış, 3 ədəd gərginlik transformatoru, 12 ədəd cərəyan transformatoru, 10 ədəd keçid izolyatorları yenisi ilə əvəz edilmiş, 10 kv–luq yağ açarlarına 2,8 ton transformator yağı əlavə edilmişdir.
110 kv–luq Lənkəran I, 35 kv–luq Hamarat və Lənkəran-Liman hava xətlərində əsaslı təmir işləri aparılmış, hava xətləri ağac budaqlarından təmizlənmişdir. 110 kv–luq Lənkəran II hava xəttində 2 ədəd ağac dayaq yeni dəmir anker dayaqla, 35 kv–luq hava xəttində 100 ədəd zədələnmiş izolyator yenisi ilə əvəz edilmişdir.
2013- cü ilin 9 ayı ərzində Lənkəran Elektrik Şəbəkəsinin xidməti ərazisində 10 kv –luq elektrik xətlərində istismara yararsız 101 ədəd dayaq, yeni dəmir və dəmir/beton dayaqla, 5150 metr naqil yeni AC-50 markalı naqillə, 90 ədəd zədələnmiş izolyator yenisi ilə əvəz edilmişdir.
2013- cü ilin 9 ayı ərzində Lənkəran Elektrik Şəbəkəsinin xidməti ərazisində 0.4 kv –luq ötürücü elektrik xətlərində istismara yararsız 131 ədəd dayaq yeni dəmir və dəmir/beton dayaqla, 5600 metr naqil yeni AC-50 markalı naqillə, 190 ədəd zədələnmiş izolyator yenisi ilə əvəz edilmişdir. Lənkəran rayonu Göyşaban kəndində və Nərimanabad-1 qəsəbəsində 0.4 kv –luq fiderlərin 5.8 km hissəsi yeni SİP kabellərlə əvəz olunmuşdur.
Lənkəran rayonun xidməti ərazisində gərginliyin aşağı olan ərazilərdə 10/0.4 kv –luq transformatorlar daha güclü transformatorlarla əvəz edilmişdir. Lənkəran rayonu Parakənd və Qrumba kəndlərində 160 kva transformatorlar 250 kva ilə, Şirinsu və Separadi kəndlərində 100 kva transformatorlar 160 kva transformatorlarla əvəz edilmişdir. 10/0.4 kv –luq 54 ədəd transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılmış, transformatorlara 4.6 ton transformator yağı əlavə edilmişdir.
Lənkəran rayonu kənd və qəsəbələrində, Liman şəhərində yeni abonentlər üçün 590 ədəd 1 fazlı sayğac quraşdırılmışdır. Abonentlərin müraciəti əsasında 355 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilmişdir.
Lənkəran Elektrik Şəbəkəsinin xidməti ərazisində 2013- cü ilin 9 ayı ərzində aparılan təmir işləri ilə yanaşı "Regionların Sosial –iqtisadi İnkişafı Dövlət Proqramı"na əsasən Lənkəran rayonunda yenidənqurma işləri davam etdirilir.
Belə ki, Lənkəran şəhərində Sütəmurdov, Velədi, Digah, Şilavar kəndlərində 2013- cü il ərzində 1480 ədəd yeni SMART kart tipli sayğac quraşdırılmışdır. Ümumilikdə Lənkəran rayonu ərazisində 15890 ədəd SMART kart tipli sayğac quraşdırılmışdır.
Yenidənqurma işləri zamanı 10 kv –luq hava xəttinin 2.7 km hissəsi yenidən qurulmuş, 20,5 km yeni SİP kabel xətləri çəkilmişdir. Rayonun Sütəmurdov, Velədi, Digah, Şilavar kəndlərində 0.4 kv –luq hava xətlərində və yeni yaşayış massivlərində 220 ədəd 0.4 kv –luq 25 ədəd 10 kv –luq dayaqlar basdırılmışdır. Şilavar kəndi ərazisində uzun müddət enerji problemi olan yaşayış massivində 0.5 km uzunluğunda 10 kv-luq, 2.2 km uzunluğunda 0.4 kv –luq elektrik xətti çəkilərək 1 ədəd 400 kva gücündə transformator yarımstansiyası quraşdırılıb əhali normal elektrik enerjisi ilə təmin edilmişdir. Lənkəran şəhərində fiziki köhnəlmiş 1 ədəd 630 kva –lıq yarımstansiyaya, Sütəmurdov kəndində 1ədəd 250 kva –lıq yarımstansiya yeni KTP tipli yarımstansiya ilə əvəz edilmişdir. 24 ədəd 10/0.4 kv –luq transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılmış əyləc və qoruyucular təzələnmişdir.
2013 –cü ilin 9 ayı ərzində dəyəri 6 milyon 425 min 951 manat olan 107 milyon 099 min kvtsaat elektrik enerjisi istehlak etmiş, ödəniş 5 milyon 915 min 294 manat olmuşdur. O cümlədən əhali üzrə dəyəri 4 milyon 222 min 801 manat olan 70 milyon 380 min 023 kvtsaat enerji istehlak olunmuşdur. Ödəniş 3 milyon 783 min 210 manat olmuşdur. Ümumilikdə 2013 –ci ilin 9 ayı ərzində yığım faizi 92.1 % olmuşdur. 2012 –ci ilin 9 ayı ilə müqayisədə 9.1% çoxdur.
Bütün bu görülən işlərlə yanaşı heç kimə sirr deyil ki, elektrik təsərrüfatı Lənkəran rayonunda ötən əsrin 60-70 –ci illərində qurulmuşdur və istismar müddətini başa çatdırmaq üzrədir. Xətlərin təzələnməsi və avadanlıqların yenisi ilə əvəz olunması "Regionların Sosial –iqtisadi İnkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuşdur. Artıq bu işlər Lənkəran şəhər ərazisində başa çatdırılmışdır. Növbəti dövlət proqramında Lənkəran rayonunun elektrik enerjisi ilə təmin edən bütün elektrik təsərrüfatı yenilənəcəkdir.
Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Lənkəran İcra Hakimiyətinin başçısı cənab Taleh müəllimin səyi və birbaşa zəhməti nəticəsində Lənkəran Elektrik Şəbəkəsinin inzibati binasının ərazisində abadlıq işləri görülmüş, yeni hasar çəkilmiş, binanın dam örtüyü təmir olunmuş, binanın fasadı rənglənmiş və normal iş şəraiti yaradılmışdır. Bundan başqa əlavə etmək istəyirəm ki, hörmətli Taleh müəllimin "Azərenerji" ASC-nin prezidenti ilə görüşündən sonra "Azərenerji" ASC tərəfindən Lənkəran Elektrik Şəbəkəsi üçün 100 ədəd dəmir, 100 ədəd dəmir/beton dayaq, 1 ədəd 160 kva, 1 ədəd 250 kva 10/0.4 kv –luq transformator, 1 ədəd qaldırıcı kran və 1 ədəd avtoqüllə maşının verilməsi nəzərdə tutumuş və məsələ artıq öz həllini tapmaqdadır.
Lənkəran Elektrik Şəbəkəsinin işçiləri Lənkəran rayonun əhalisini fasiləsiz və keyfiyyətlə elektrik enerjisi ilə təmin etmək və yarana biləcək qəzaların operativ aradan qaldırılması üçün bundan sonra da əzmlə çalışacaq və əminliklə demək istəyirəm ki, 2013-cü iin payız –qış mövsümündə Lənkəran rayonu 100 faiz stabil və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəkdir.
Söhbəti qələmə aldı: S.Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB