Cahangir Qocayev: “Bakının regional inkişaf planı üzərində işlər tamamlanmaq üzrədir”
"Bakının regional inkişaf planı üzərində işlər tamamlanmaq üzrədir". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, plan ilin sonuna qədər tam şəkildə hazır olacaq: "Hazırda planla bağlı işlər dəqiqləşdirilib. Sözügedən plan Azərbaycan tarixində ilk olacaq. Çünki indiyə qədər hər bir şəhərin özünün ayrıca baş planı işlənirdi. Bununla bağlı xaricdən mütəxəssislər cəlb olunub. Bundan əlavə, bu işlə xarici sirkətlər məşğul olacaq. Xüsusilə İspaniyadan şirkət dəvət olunub. Bu şirkət sırf Bakının ekoloji planı ilə məşğul olacaq. Bilirsiniz ki, təkcə bizdə deyil dünyada ekoloji məsələ bir nömrəli məsələyə çevrilib. İnsanlar sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququna malikdir. Plan ilin sonunda aidiyyatı dövlət qurumlarına təqdim olunacaq. Təsdiq olunduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB