Ağcabədidə böyük keçi təsərrüfatı yaradılıb. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, Hollandiyadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik "SAANEN" cinsindən olan 340 baş, Fransada da analoji olaraq həm südünə, həm də ətinin məhsuldarlığına görə dünyada sayılan cinslərdən biri olan "Alpina" keçilərindən 330 baş keçi alınaraq Ağcabədiyə gətirilib. Kənd təsərrüfatı naziri İsmət Abasov keçi təsərrüfatı ilə tanış olaraq bu sahənin daha da inkişaf etdirilməsi üçün fermerlərlə görüşüb.
Qeyd edək ki, bu ilin sonunadək əlavə 2 min baş cins damazlıq keçinin də Aqrolizinq SC-nin dəstəyi ilə ölkəyə gətiriləcəyi gözlənilir. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 3-3,5% və südvermə dövrü 300 gün olan bu keçilərdən gündəlik 3-4 litr süd sağılır. Gələcəkdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq bu müəssisənin 2,8 min başlıq cins damazlıq keçi təsərrüfatında artıq 6 ferma istifadəyə verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB