“Biz prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyik” MÖVQE

“Biz prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyik” MÖVQE

Ölkə başçısı 10 illik fəaliyyəti dövründə bütün sahələrlə yanaşı sahibkarlara da xüsusi diqqət və qayğı göstərib. Prezident İlham Əliyevin ölkədəki sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlardan SİA-ya danışan Qaradağ rayonundakı "Metalkonstruksiyalar" zavodunun rəhbəri Rüfət Sucayev vurğulayıb ki, məhz dövlətin diqqət və qayğısı nəticəsində sahibkarlıq inkişaf edib, fəaliyyət sahələri genişlənib.

Onun sözlərinə görə, sahibkarların dövlətdən maliyyə dəstəyi alması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğının nəticəsidir: "Dövlət başçısı hər zaman sahibkarlara dəstək olub. Ölkəmizdə sahibkarlar üçün lazımi şərait yaradılıb, kreditlər ayrılır, onların fəaliyyət göstərmələri üçün köməkliklər göstərilir. Gərgin iş rejimi olmasına baxmayaraq, sahibkarların tikdiyi zavod, fabriklərin açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi bizim üçün çox vacibdir. Bütün bunlar bizi həvəsləndirir, stimul verir və biz çalışırıq ki, bu istiqamətdə daha çox iş görək və ölkə iqtisadiyyatına öz töhfəmizi verək. Ölkə başçısı öz çıxışlarında sahibkarların arxasında olduğunu hər zaman vurğulayır. Dövlət başçısının sahibkarlara tövsiyyəsi ondan ibarətdir ki, ölkəmizə yeni texnologiyalar gətirilsin və burada tətbiq edilsin. Bundan əlavə Prezident İlham Əliyev sahibkarların fəaliyyəti üçün geniş şərait yaradıb. Belə ki, biz Azərbycanda fəaliyyət göstərən ən böyük xarici şirkətlərin həyata keçirdikləri layihələrdə iştirak edirik. Dövlət başçısının tələbinə əsasən, xarici sirkətlər öz layihələrində yerli şirkətlərin iştirakını təmin edirlər. Biz bu diqqəti, qayğını görməyə bilmərik. Bunun nəticəsi olaraq biz 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərində ailəmizlə birgə iştirak edəcək və Prezident İlham Əliyevi dəstəkləyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə