Azərbaycan Mərkəzi Bankında (AMB) statistika sistemi sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Qırğızıstan Respublikası Milli Bankının 5 nəfərdən ibarət nümayəndə heyəti üçün 01-02 oktyabr 2013-cü il tarixlərində təcrübə mübadiləsi keçirilib.
Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, təcrübə mübadiləsi zamanı Mərkəzi Bankın Statistika və İnformasiya Texnologiyaları departamentlərinin əməkdaşları AMB-də qurulan statistika sistemi, statistik bazanın formalaşdırılması, məlumatların toplanması, emalı və yayımlanması prosesi barədə məlumatları qonaqların nəzərinə çatdırıb. Eyni zamanda, AMB-də uğurla icra olunmuş Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi (ESAHS) haqqında detallı məlumatlar verilib, ESAHS-ın iqtisadi və texnoloji bazası işıqlandırılıb, sistemin funksional imkanları barədə nəzəri məlumatlar, praktiki nümayişlər təqdim olunub.
Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulayıb, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsinə ümid etdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB