“Hidroböhran, hidromünaqişələr və hidrostrategiya”

“Hidroböhran, hidromünaqişələr və hidrostrategiya”

7 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Hidroböhran, hidromünaqişələr və hidrostrategiya" kitabının təqdimat mərasimi ilə bağlı dəyirmi masa təşkil edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, moderatorluğunu SAM-ın direktoru Fərhad Məmmədovun edəcəyi dəyirmi masanın məruzəçiləri AMEA-nın müxbir üzvü, professor, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ərəstun Həbibbəyli, Milli Məclisin deputatları Musa Qasımlı, Rövşən Rzayev, fizika-riyaziyyat elmləri doktoru Rövşən Xəlilov, Coğrafiya İnstitutu, coğrafiya elmləri doktoru Rəna Qaşqay, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, professor Rza Mahmudov və kitabın müəllifi, SAM-ın elmi işçisi Araz Qurbanov nəzərdə tutulub.

Dəyirmi masada SAM və Coğrafiya İnstitutunun əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, politoloqlar, kütləvi informasiya vasitələrinin nümayəndələri çıxış edəcək.

Müzakirə edilən mövzulardan biri də Ermənistan transsərhəd su ehtiyatlarını Azərbaycana qarşı geosiyasi təzyiq vasitəsinə çevirmək siyasəti və işğal altındakı ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycana qarşı hidrodiversiya və terror aktları törətmək niyyətləri olacaq.

Qeyd edək ki, çıxışlarda SAM və AMEA Coğrafiya İnstitutunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr ayında bu məsələyə dair elmi-praktiki konfransın keçirilməsi təklif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə