WTI markalı neft bahalaşıb

Oktyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,06 dollar və ya 2,1% artaraq 1 barelə görə 104,10 dollar olub. SİA-nın xəbərinə görə, oktyabrın 2-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,25 dollar və ya 1,2% artaraq 109,19 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə