“AtaBank” sahibkarlara 12,260 milyon manat güzəştli kredit verib

“AtaBank” sahibkarlara 12,260 milyon manat güzəştli kredit verib

"AtaBank" ASC İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində təşkil edilən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştirak edib. SİA-ya verilən məlumata görə, tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. 2013 il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 12,260 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına təqribən 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, "AtaBank" 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 68 milyon manat güzəştli kredit verilib. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Qeyd edək ki, AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank.

Bütün xəbərlər Facebook səhifəmizdə