“Aura” sağlamlıq mərkəzində açıq qapılar günü keçirilib

“Aura” sağlamlıq mərkəzində açıq qapılar günü keçirilib

"Exselsior Hotel Baku"nun "Aura" sağlamlıq mərkəzində jurnalistlər və ictimaiyyət nümayəndələri üçün açıq qapılar günü keçirilib. SİA-ya verilən məlumata görə, tədbir zamanı kallanetika üzrə nümunəvi çıxışlar təqdim edilib. Əvvəlcə tanıtım ekskursiyasının gedişində qonaqlar "Aura" sağlamlıq mərkəzində quraşdırılan idman avadanlıqları ilə ətraflı tanış olublar. Sonra "Aura" sağlamlıq mərkəzinin kallanetika üzrə məşqçisi Nailə Canaşvili bir sıra hərəkətlər nümayiş etdirib. Bundan başqa, iştirakçılara məşqçinin məsləhətləri ilə məşğələlərdə iştirak etmək imkanı verilib.

Məlum olduğu kimi, kallanetika –amerikalı Kalan Pinkney tərəfindən ötən əsrin sonlarında işlənib hazırlanan gimnastika hərəkətləridir. Kallanetika gimnastikası – güc gimnastikası və yoqadan götürülən, əzələlərin yığılmasına və dartılmasına yönəldilən statik hərəkətlərdir. Həzin musiqinin müşayiəti ilə hərəkətlərin aram ritmi kallanetikanı bütün arzu edənlər, hətta yaşlı və sağlamlığı zəif olan insanlar üçün də mümkün edir.

"AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova sağlamlıq mərkəzinin kişilər və qadınlar üçün nəzərdə tutulmuş ayrı-ayrı zallarında keçirilən kallanetika məşğələlərində fərdi və qrup halında məşğələlərdən ətraflı danışıb. O, qeyd edib ki, məşqçilərdən ibarət peşəkar komanda hər kəs üçün fərdi olaraq məşq proqramı işləyib hazırlamağa kömək edir.

"Exselsior Hotel Baku"nun Marketinq və Satış Departamentinin direktoru Damla Bayık qış mövsümü ərəfəsində "Aura" sağlamlıq mərkəzində baş verən dəyişikliklər və yeniliklər haqqında geniş məlumat verib. O qeyd edib, qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, açıq havada tennis və skvoş zallarından istifadə daxildir. Qadınlar üçün bir aylıq abunə 175 AZN, 6 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" Delüks, 9 "Duke" standart otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə