Nyu-Yorkda Xəzər forumu keçirilib. SİA-nın verdiyi xəbərə görə, Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunan tədbirdə Azərbaycandan dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri, media rəhbərləri, çoxlu sayda xarici ekspert və media nümayəndəsi iştirak edib.
Forum "Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin qarantıdır" mövzusuna həsr edilib. Forum üçün bu mövzunun seçilməsi təsadüfi deyil. Xəzər forumu Xəzər dənizi regionunun iqtisadi, siyasi və strateji potensialının öyrənilməsi məqsədi güdən bir platformaya çevrilib. Məqsəd tərəfdaşlıqda və əməkdaşlıqda qarşılıqlı faydalı istiqamətlər seçməkdir.
Tədbirdə Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş tədbirlə bağlı məlumat verib.
Forumun əsas tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da Azərbaycanın həyata keçirdiyi enerji layihələri haqqında məlumat verib.
Daha sonra tədbirdə BP şirkətinin "Şahdəniz" layihəsi üzrə vitse-prezidenti Alasdair Kook, Albaniyanın xarici işlər naziri Ditmir Buşati, Bosniya və Herseqovinanın XİN rəhbəri Zlatko Laqumdjia və Makedoniyanın xarici işlər naziri Nikola Poposki çıxış edib.
Forumda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və xanım Maya Pancikidze çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB