“MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə "MasterCard" beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kartı sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırılması məqsədilə təşkil olunan "MasterCard ümummilli Çempionlar Liqası" kampaniyasının təqdimat mərasimi keçirilib.
Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev "MasterCard" beynəlxalq kart təşkilatının regional rəhbərliyinə ölkəmizin kart bazarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə və birgə əməkdaşlığa görə öz təşəkkürünü bildirib. O qeyd edib ki, dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində verilən tapşırıqların icrası, habelə bütövlükdə nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən kompleks tədbirlər nağdsız hesablaşmaların qabaqcıl ölkələrin səviyyəsinə çatdırılmasına öz müsbət təsirini göstərəcək.
Daha sonra çıxış edən "MasterCard"ın Cənub-Şərqi Avropa üzrə baş direktoru Mete Güney təmsil etdiyi təşkilatın missiyası və fəaliyyəti barədə məlumat verib. "MasterCard"ın inkişaf etməkdə olan ölkələr üzrə meneceri Hakan Acar isə Mərkəzi Bankla sıx əməkdaşlıq nəticəsində Azərbaycanda "MasterCard ümummilli Çempionlar Liqası" kampaniyasını keçirməkdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, 1-31 oktyabr 2013-cü il tarixlərini əhatə edəcək kampaniyada ödəniş kartı sahibləri "MasterCard" brendli ödəniş kartları vasitəsilə ölkə daxilində və dünyanın istənilən yerində POS-terminalar vasitəsilə və internet (elektron kommersiya) üzərindən apardıqları nağdsız ödənişlər nəticəsində "UEFA" Çempionlar Liqası üzrə Türkiyədə keçiriləcək oyunu canlı izləmək şansı qazanacaqlar. Noyabr ayında elan ediləcək 3 qalibin hər biri üçün nəzərdə tutulmuş səyahət paketinə 2 nəfərlik (özü və əlavə bir nəfər) gediş-dönüş təyyarə biletləri, mehmanxana xərcləri və oyun biletləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB