Azərbaycanın sıra rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək "Xızı" Avtomatik Qazpaylayıcı Stansiyasında və "Günəşli" Qazpaylayıcı Stansiyasında, "Bolqarıstan" Qazpaylayıcı Stansiyasında, saat 17:00-dək "Dəliməmmədli" Avtomatik Qazpaylayıcı Stansiyasında, saat 18:00-dək isə "Zərdab", "Quba" Qazpaylayıcı Stansiyalarında, "Horadiz" Qaztənzimləyici Məntəqəsində və "Qəçrəş" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Zərdab, Quba, Füzuli rayonlarına, Xızı, Goranboy və Cəlilabad rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB