SAM-ın eksperti Buxarestə səfər edəcək

SAM-ın eksperti Buxarestə səfər edəcək

24-25 sentyabr 2013-cü il tarixlərində SAM-ın aparıcı elmi işçisi Heydər Mirzə NATO, Avropa Birliyi və Şanxay Təhlükəsizlik Təşkilatı ölkələrinin beyin mərkəzlərinin görüşündə iştirak etmək üçün Buxarestə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, görüşdə 30-dan çox ölkəni təmsil edən beynəlxalq münasibətlər və təhlükəsizlik sahələrinin ekspertləri, o cümlədən Rumıniyanın ali dövlət orqanlarının təmsilçilərinin iştirakı da planlaşdırılır.

Qeyd edək ki, tədbirdə qlobal və regional təhlükəsizlik, regional sabitliyin təminatında beynəlxalq təşkilatların rolu, müxtəlif ölkələrdə milli təhlükəsizlik konsepsiyalarında yeni fikirlər, Yaxın Şərq, Cənubi Qafqaz və Əfqanıstanda hazırkı vəziyyət və s. mövzuların müzakirəsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə