Araz Ağayev: "Azərbaycanda qazlaşdırılma prosesi uğurla davam edir" 10 İLİN YEKUNU
"Son 10 il ərzində 931 yaşayış məntəqəsi, o cümlədən "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti dövründə 516 yaşayış məntəqəsi qazlaşdırılıb". SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev son 10 ildə ölkənin qazlaşdırılması prosesində əldə olunan uğurlardan danışarkən belə deyib. O bildirib ki, qazlaşma işləri nəticəsində 683881 yeni əhali abonenti, o cümlədən "Azəriqaz" İB-nin fəaliyyəti dövründə 388515 yeni əhali abonenti təbii qazla təmin olunub: "Yaşayış məntəqələrinin qazlaşdırılması və respublikanın qaz təminatının yaxşılaşdırılması məqsədilə 30077 km yeni qaz xətləri, o cümlədən 29508 km paylayıcı kəmərlər, 569 km magistral qaz kəmərləri çəkilib, 6892,5 km qaz xətti, o cümlədən 6750,9 km paylayıcı kəmərlər, 141,6 km magistral qaz kəməri əsaslı təmir olunub. İstifadə olunan qazın dəqiq uçotu və dəyərinin ödəniş səviyyəsinin artırılması üçün 1492790 ədəd, o cümlədən 756000 ədəd "smart-kart" tipli müasir qaz sayğacları quraşdırılıb. Sayğaclaşma səviyyəsi 99,99 %-ə çatdırılıb. Qazlaşdırılma layihələri ilə bağlı 22 yeni qazpaylayıcı stansiya inşa olunub".
İB-nin rəsmisi qeyd edib ki, dövlət başçısının son 10 ildə verdiyi Fərmanlarla təsdiq olunmuş Dövlət Proqramları çərçivəsində bir sıra uğurlu nəticələr əldə edilib: "Belə ki, 2004-cü ilə qədər respublika üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 850579 idisə, son 10 ildə görülən işlər nəticəsində əhali abunəçilərinin sayı 700275 ədəd artırılaraq 01.09.2013-cü il tarixə 1550854-ə çatdırılıb. Bu dövr ərzində yeni qazlaşdırılmış qəsəbə və kəndlərin sayı 931 olub. Dövlət tapşırığına əsasən blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının (NMR) qaz təminatının bərpası üçün 2005-ci ildə qısa müddətdə 530 mm diametrli 40,3 km uzunluğunda "Culfa-Naxçıvan" magistral qaz kəməri, 12 MW gücündə Astara Kompressor Stansiyası, İran-Azərbaycan sərhədində Astara və Culfada müasir avtomatlaşdırılmış dövlətlərarası qazölçmə stansiyaları, Naxçıvan MR-də yeni daşıyıcı qaz kəmərləri inşa edilib. Bu işlər nəticəsində 2005-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunub, 2009-cu ilin iyul ayında sözügedən ərazi üzrə qazlaşma səviyyəsi 100 %-ə çatdırılıb. Həmçinin sonradan İran İslam Respublikasına ixrac edilən qazın həcminin artımı ilə bağlı 2011-ci ildə Astara rayonunda əlavə yeni qaz-kompressor stansiyası inşa edilərək istismara verilib. 2004-cü ilə qədər respublikanın 49 şəhər və rayon mərkəzləri və rayon mərkəzinə yaxın qəsəbə və kəndlər təbii qazla təmin edilirdisə, son 10 ildə daha 7 rayonda ( Ağcabədi, Beyləqan, İmişli, Ağdam, Füzuli, Lerik, Yardımlı ) qazlaşdırma işləri həyata keçirilərək əhali abunəçilərinə və obyektlərə təbii qaz verilməsinə başlanılıb".
10 il öncə magistral qaz kəmərlərinin uzunluğunun 3801,8 km, paylayıcı qaz kəmərlərinin uzunluğunun isə 22846,4 km olduğunu deyən Araz Ağayevin sözlərinə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində hazırda magistral qaz kəmərlərinin uzunluğu artırılaraq 4370,8 km-ə, paylayıcı qaz kəmərlərinin uzunluğu isə 52354,4 km-ə çatıb: "Bundan başqa ölkədə sayğaclaşdırma işi də uğurla davam edir. Belə ki, 2010-cu ildən başlayaraq smart-kart tipli sayğacların quraşdırılmasına başlanılıb və 2013-cü ilin 1 iyul tarixinə istismara verilən sayğacların sayı 756 000 ədəd təşkil edib. Nəticədə hazırda istismarda olan adi sayğaclara nisbətən smart-kart tipli sayğaclarla təmin olunan əhali abunəçilərinin ödənişi 100 % təşkil edir və bu sayğacların quraşdırılması ilə ödəniş problemi öz həllini tapıb".
Qurum rəsmisi qeyd edib ki, son 10 ildə ölkə rəhbərinin imzaladığı sərəncamlar nəticəsində əhalinin təbii qazdan istifadəyə görə yanmış debitor borcları silinib və bu da əhalinin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərib: "Prezident İlham Əliyevin "Əhalinin təbii qazdan istifadəyə görə yaranmış borclarının silinməsi tədbirləri barədə" fərmanına əsasən əhali abonentlərinin 1 oktyabr 2009-cu il tarixinə olan 327 362 061,80 manat məbləğində debitor borclarının silinməsi təmin olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "01.01.2010-cu il tarixinə qaçqın və məcburi köçkünlərin təbii qaza görə yaranmış debitor borclarının sərəncamda qalan mənfəət hesabına silinməsi haqqında" sərəncamına və "Azəriqaz" İstehsalat Birliyinin əmrinə əsasən qaçqın və məcburi köçkünlərin 01.01.2010-cu il tarixinə yaranan 109 167 362,61 manat debitor borclarının silinməsi reallaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB