Neft ucuzlaşıb

Sentyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,72 dollar və ya 1,1% azalaraq 1 barelə görə 104,67 dollar olub. SİA-nın xəbərinə görə, sentyabrın 20-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,46 dollar və ya 0,4% artaraq 109,22 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə